Metroda partlayış olacağını deyən Fəridə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü Fərid Butayevə hökm oxunub.
Avtosfer.az xəbər verir ki, məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Belə ki, ötən il Bakı metrosunda terror aktı-partlayış törədiləcəyi barəsində səs yazısı yayılmışdı.
Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi tədbirlərlə Fərid Fərhad oğlu Butayev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə iş açılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Bildirilib ki, Fərid vatsap proqramı vasitəsilə yalan məlumatı əks etdirən səs yazısı yayıb. Belə ki, o, vatsapda “İş elanları” qrupunun admini olub. Qrupun 400-dən çox üzvü olub və Fərid ötən ilin 3 mart tarixində qrupa Bakı metrosunda terror aktının-partlayışın törədiləcəyi barəsində səs yazısı göndərib.
(qafqazinfo)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












