Müalicə alan şəxsin psixiatriya xəstəxanasında döyülməsi iə bağlı – DİN-dən AÇIQLAMA - FOTO/VİDEO/YENİLƏNİB

Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən xüsusi təyinatlı tibb müəssisəsində müalicə alan şəxsin xəsarətlər alması ilə bağlı araşdırmalar davam etdirilir.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görüləcək.
**
Maştağada yerləşən 1 saylı Psixiatriya xəstəxanasında xəstə döyülüb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı döyülən xəstənin oğlu sosial şəbəkədə görüntülər paylaşıb.
O, iddia edir ki, atasını orada döyüblər:
"Bir ağıllı çıxıb izah eləsin ki, gecə növbəsində bu hadisəni bir nəfər görüb, eşidən olmayıb? O qədər polis mühafizəsi, sıravi mühafizə, tibb bacıları, sanitarkalar, biri görmədi, eşitmədi?
Mən bu paylaşımı tək atama görə yox, hazırda orada olan, sabahsı gün yolu ora düşəcək olan hər kəs üçün edirəm.
İki gün əvvəl təcili yardımla ora aparıblar, orada da döyüblər. Həkim də bu səhər mənə yığır ki, gəl, atanın vəziyyəti pisdir, təcili yardım çağırmışıq gəlib aparmırlar, həkim deyir xəstə ölür, evə getsin. Belə şey olar?
Saat 17:00 kimi atam orada o vəziyyətdə qalıb, həkim müdaxiləsi olmayıb, oturub gözləmişik ki, kimsə gəlib atamı aparacaq.
Polisə də vaxtında məlumat vermişik, saat 10-11 arası gəldi, yazdı, getdi. Hələ də ekspertiza etməyiblər".
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Avtosfer.az-a bildirib ki, həmin şəxsin müalicə olunduğu xüsusi təyinatlı tibb müəssisəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Məsələ ilə bağlı təhqiqat araşdırmaları aparılır.
Namiq Musayev
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO
Bakıda ərinin maşınına hücum edən qadın CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB
Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır - VİDEO
Sərnişin avtobusunun yararsız təkərlə xəttə çıxması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB










