Mühafizəçini qətlə yetirən direktor müavininə 20 il cəza istənilib

Bakıda 55 nömrəli məktəbin mühafizəçisi Natiq Mehdini öldürməkdə təqsirləndirilən direktor müavini Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub.
Daha sonra dövlət ittihamçısı çıxış edib. O, Elsevər İslamovun 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququ məhdudlaşdırılmaqla 20 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.
Qeyd edək ki, hadisə ötən il Bakının Xətai rayonundakı 55 saylı məktəbdə qeydə alınıb.
İttihama görə, Natiq Mehdi saat 23:00 radələrində iş yoldaşı, 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən qəsdən öldürülüb.
Elsevər İslamov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 245 ci-(qəbir üzərində təhqiredici hərəkət), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunub.
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO












