“Sea breeze”də ayağı nasosa ilişən uşağın həyatını xilas etmək mümkün olmadı - YENİLƏNİB

Hadisə 15 Avqust 2026 00:06
“Sea breeze”də ayağı nasosa ilişən uşağın həyatını xilas etmək mümkün olmadı  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Nardaranda hovuzda ayağı su nasosunda sıxılan uşaq ölüb.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Nardaran qəsəbəsində hovuzda ayağı su nasosunda sıxılan 2022-ci il təvəllüdlü Akif Cavid oğlu Abdullayevin xilas edilməsi üçün əməliyyat keçirilib.

Xilasedicilər və təcili tibbi yardım briqadası tərəfindən operativ tədbirlər, o cümlədən reanimatoloji müdaxilələr həyata keçirilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "Sea Breeze" istirahət mərkəzində hovuzda uşağın ayağı su nasosunda sıxılı vəziyyətdə qalıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi ( FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunublar.

Hazırda FHN qüvvələri tərəfindən əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxunub : 228
ŞƏRH YAZ
Ad

E-mail

Şərh