Paşinyan bu iki məhsulu Azərbaycana göndərməyə hazırlaşır – SƏBƏB

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda ölkəsindən Azərbaycana məhsul ixracının da həyata keçiriləcəyinə əmin olduğunu bildirib. Lakin o, ixrac məhsullarının nələr ola biləcəyinə aydınlıq gətirməyib.
Ermənistan Azərbaycana nə göndərməyə hazırlaşır?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, Azərbaycandan Ermənistana enerji məhsulları – dizel, benzin və yanacaq ixrac edilir:
“Eyni qaydada tranzit ölkə kimi Azərbaycan üzərindən Qazaxıstan və Rusiya taxılı Ermənistana daşınıb. Ermənistan məhsullarının Azərbaycana daşınmamasının əsas səbəbi isə bunlara ölkəmizin ehtiyacının olmamasıdır. Fikrimcə, Ermənistan tərəfi bu ticarət mübadiləsini Azərbaycandan alınan enerji məhsullarının müqabilində ödəniş kimi etmək istəyir.
Böyük ehtimalla, həmin məhsullar meyvə-tərəvəz və ya erməni konyakı olacaq. Bunlarla bağlı mübadilə edilə bilər. Bütün hallarda məhsullar Bakının razılığı ilə müəyyən ediləcək”.
Ekspert qeyd edib ki, Azərbaycan bununla Ermənistanla sülhün inkişaf etdirilməsində maraqlı olduğunu göstərir:
“Bu gün Ermənistan sırf məhsul ixrac etmək naminə belə addım atacaqsa, Bakı bunu qəbul etməyəcək. Bizim üçün mühüm olan atılan hər addımın sülhə töhfə verməsidir. Amma həqiqətən də iki ölkənin bir-birinə satacağı məhsuldan daha çox, daxili bazarda tələbat fərqi var. Ermənistanın Azərbaycan neft və qazına çox ehtiyacı var. Amma Azərbaycanın Ermənistanın məhsullarına ehtiyacı yoxdur. O baxımdan, yəqin ki, məhsullar Bakının göstərişi və daxili bazarın tələbatına uyğun olacaq”.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












