Şərurli İsfəndiyar təhsilsiz rektor olacağını bildirir - Bəs qanun nə deyir? - AÇIQLAMA

Çıxdığı verilişlərdə səsləndirdiyi fikirlərlə tez-tez gündəmə gələn, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov yenidən qalmaqallı açıqlaması ilə diqqət çəkib. İş adamı Bakıda tikdirdiyi məktəbdə rəsmi şəkildə rektor olacağını bildirib. Onun bu açıqlaması isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə aparıcının “Təhsili olmayan şəxs necə rektor ola bilər?” sualına Axundovun “Rektorun təhsilə nə dəxli var?” deyə cavab verməsi diqqət çəkib.
Digər maraqlı məqam isə onun söhbətini məktəbdə “rektor” vəzifəsində çalışacağından getməsi olub. Çünki ümumtəhsil məktəblərinə adətən direktor rəhbərlik edir, “rektor” vəzifəsi isə ali təhsil müəssisələrinin rəhbərləri üçün istifadə olunur.
Onun “universitet” əvəzinə “məktəb” demək istədiyini fərz etsək, maraqlı sual yaranır: Təhsili olmayan şəxs rektor ola bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirdi ki, Azərbaycan qanunvericiliyinə və beynəlxalq təcrübəyə əsasən, ali təhsili olmayan bir insanın universitet rektoru olması hüquqi, akademik və etik baxımdan qeyri-mümkündür:
"İş adamı İsfəndiyar Axundovun televiziya məkanında səsləndirdiyi "təhsilin rektorluğa aidiyyatı yoxdur, mən artıq əmr imzalamışam" fikri hüquqi reallığı əks etdirmir və tamamilə yanlışdır. Azərbaycan qanunvericiliyində hər bir təhsil müəssisəsinin rəhbəri üçün minimum ixtisas tələbləri mövcuddur. Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçasına görə, hətta sıravi bir məktəb direktoru üçün ali təhsil və pedaqoji staj tələb olunduğu halda, universitet rektoru üçün bu qaydalar qat-qat sərtdir. Rektor yalnız inzibati menecer deyil, həm də təhsil ocağının Elmi Şurasının sədridir. Bu səbəbdən rektor vəzifəsini tutacaq şəxsin mütləq ali təhsili, elmi dərəcəsi (fəlsəfə və ya elmlər doktoru) və elmi adı (professor və ya dosent) olmalıdır. Ölkədə fəaliyyət göstərən dövlət universitetlərin rektorları yalnız dövlət başçısının sərəncamı ilə təyin edilir. Özəl universitetlərə münasibətdə Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən, özəl ali təhsil müəssisələrində rektoru universitetin təsisçisi (və ya Qəyyumlar/İdarə Heyəti) seçir və təyin edir. Təsisçi təyin etdiyi şəxslə əmək müqaviləsi bağlayır, lakin bu təyinat Elm və Təhsil Nazirliyində rəsmi qeydiyyata alınmalıdır".
Müsahibimiz həmçinin vurğuladı ki, özəl universitetin sahibinin (təsisçisinin) istədiyi şəxsi rektor təyin etmək hüququ olsa da, o, bu seçimi yalnız qanunvericiliyin müəyyən etdiyi kriteriyalara cavab verən şəxslər arasından etməlidir:
"Şəxsin binasını tikdiyi obyektdə özbaşına "rektor" əmri imzalaması hüquqi qüvvəyə malik deyil. Şərurlu İsfəndiyar və ya hər hansı digər ali təhsili olmayan iş adamı universitet və ya məktəb tikibsə, o, hüquqi olaraq ya təsisçi, ya da Qəyyumlar Şurasının sədri statusunda ola bilər. Təsisçi (İnvestor) müəssisənin sahibidir, gəliri idarə edir, maliyyə qərarlarını verir. Qəyyumlar Şurasının sədri isə universitetin ümumi inkişaf strategiyasını müəyyənləşdirir, lakin tədrisə qarışmır. İsfəndiyar Axundovun bəhs etdiyi obyekt isə əslində universitet deyil, özəl məktəb-bağça kompleksidir və o, burada yalnız təsisçi və ya investor statusu daşıya bilər. Beynəlxalq təcrübə də bu məsələdə eyni dərəcədə sərtdir. Dünyanın qabaqcıl təhsil sistemlərində universitet rektorundan mütləq şəkildə fəlsəfə doktoru dərəcəsi və professor elmi adı tələb olunur. Qərb universitetlərində tətbiq edilən "İkiqat İdarəetmə Modeli" çərçivəsində, universiteti maliyyələşdirən investor və ya biznesmen yalnız İdarə Heyətinin Sədri olaraq strateji və maliyyə məsələlərinə baxa bilər.
Lakin tədris və elmi idarə edən rektor mütləq qaydada alimlik dərəcəsinə malik bir şəxs olmalıdır. Üstəlik, beynəlxalq akkreditasiya agentliklərinin standartlarına görə, təhsil müəssisəsinin rəhbər heyəti idarə etdiyi proqramlardan daha yüksək elmi dərəcəyə malik olmalıdır. Ali təhsilsiz rəhbəri olan bir universitetin diplomları dünyada tanınmaz və lisenziyası dərhal ləğv edilər. Akademik etika baxımından alimlik dərəcəsi olmayan, universitet mühitini daxildən tanımayan bir şəxsin elm adamlarına və professorlara rəhbərlik etməsi ali təhsilin fəlsəfəsinə tamamilə ziddir və beynəlxalq arenada ciddi imic itkisidir".
“Dur” əmrinə tabe olmayan sürücüyə 19 min manat CƏRİMƏ
2000 il əvvəlki yol mühəndisləri heyran etdi – GÖLMƏÇƏ YARANMIR - FOTOLAR
Rusiyanın yeni təyyarəsi bu havalarda uça bilməyəcək – Səbəbi isə bu imiş
Dünya əhəmiyyətli abidəyə kolxozsayağı müdaxilə - FOTOLAR
Təcili tibbi yardım maşınında uşaq dünyaya gətirdi - FOTOLAR
Artıq avtomobilinizi robotlar park edəcək: Yeni sistem sınaqdan keçirilməyə başlandı
Elektrikli avtomobillər ucuzlaşdı, hibridlər bahalaşdı – Səbəbi AÇIQLANDI
Elektrikli avtomobillərdə yeni dövr: Bu model enerjisini özü istehsal edir
Səddam, Qəddafi və Kraliça II Elizabet niyə bu avtomobili seçdilər? – “Mercedes-Benz 600”ün qaranlıq TARİXİ
Tarixdəki ən qədim samovar - FOTOLAR
Yol təmiri zamanı müvəqqəti svetoforlar niyə tətbiq olunmalıdır? – ARAŞDIRMA










