Böyükşor gölünün bir hissəsi yaşıllaşıb – İlkin səbəb AÇIQLANDI - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən 14 avqust 2026-cı il tarixində Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngli olduğu müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, ilkin müşahidələrin nəticələrinə əsasən, sözügedən yaşıl rəngin daşların səthinə yapışması, selikli və yığıntı formasında müşahidə olunması, eləcə də müxtəlif yaşıl çalarlara malik olması sözügedən prosesin yosunlarda geden fotosintez nəticəsində baş verdiyi ehtimalını gücləndirir.
Qeyd edək ki, avqust ayı su hövzələrində fotosintetik orqanizmlərin, o cümlədən bəzi yosun və sianobakteriyaların inkişafı üçün əlverişli şəraitin formalaşa bildiyi dövrə təsadüf edir. İsti su temperaturu, günəş işığının intensivliyi və su mühitində azot və fosfor kimi qida maddələrinin mövcudluğu belə orqanizmlərin sürətli inkişafına və lokal yığıntıların yaranmasına şərait yarada bilər.
Bu baxımdan, müşahidə olunan yaşıl kütlənin mövcudluğu mövsümi və təbii bioloji proseslərlə də əlaqəli ola bilər. Bununla belə, yalnız vizual müşahidələr əsasında yox, eyni zamanda bu prosesin dəqiq mənşəyinin, tərkibinin və fiziki-kimyəvi göstəricilərinin müəyyən edilməsi məqsədilə Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyanın əməkdaşları tərəfindən nümunələr götürülüb.
Hazırda nümunələr üzərində müvafiq laborator analizlər aparılır.
Analizlərin nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin ediləcək.
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı













