Nazirlik işçisi həbsdəki şəxsin nənəsini aldadıb 55 min manatını aldı

Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin Xəzər Rayon Şöbəsinin əməkdaşı Rövşən Eynullayev həbs edilib.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, kiçik tibb işçisi vəzifəsində çalışan 1994-cü il təvəllüdlü Rövşən Eynullayevə Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Bildirilib ki, R.Eynullayev külli miqdarda narkotik vasitənin dövriyyəsinə görə tutulmuş şəxsin nənəsindən onu həbsdən buraxdıracağını vəd edərək 55 min manat pul alıb. O özünü nüfuzlu şəxslərlə yaxın münasibətdə olan biri kimi təqdim edib və pulun həmin vəzifəli adama çatacağını deyib. Lakin sonradan Rövşənin yalanının üstü açılıb.
Bundan başqa, R.Eynullayevin iş yoldaşı olan həkimdən ona MİDA-nın inşa etdiyi binadan güzəştli şərtlərlə mənzil almağa kömək edəcəyi vədi ilə 3700 manat alması da üzə çıxıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust tarixli hökmü ilə Rövşən Eynullayevə 6 il 6 ay həbs cəzası verilib. Ona qarşı qaldırılmış mülki iddia da təmin edilib. Təqsirləndirilən şəxsdən 55 min manat məbləğində pul tutularaq zərərçəkmiş şəxsə ödənilməsinə qərar verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












