Niqablı kişi sürücü polislərə atəş açıb ikisini yaraldı: 41 yaşlı şəxs axtarılır - FOTO

Dağıstanda polislərə odlu silahdan atəş açan şəxs axtarılır. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 9-da Xasavyurt – Tlox avtomobil yolunda baş verib. Bu barədə Respublika Daxili İşlər Nazirliyinin Telegram- kanalıda məlumat dərc edilib.
Məlumata görə, Çeçenistan Respublikasının Şalinski rayonunun Novaya Jizn kəndindən olan 41 yaşlı Əli Demilxanov idarə etdiyi “VAZ-111730” markalı minik avtomobili ilə hərəkətdə olan zaman, sənədlərinin yoxlanılması üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
Bundan sonra şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.
Nəticədə 2 polis əməkdaşı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, cinayəti törədən şəxs qadın paltarında və əllərində əlcək olub. Bundan əlavə, o, üzünü örtən baş geyimi (niqab) də geyinib.
Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Namiq Musayev

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












