Oğuzda sahibsiz itlər əhalini qorxuya salır - VİDEO

Son vaxtlar Oğuz rayonunda sahibsiz küçə itlərinin artması narahatlıq doğurur.
Oğuz şəhərinin tam mərkəzində itlərin insanlara hücum etməsi artıq adi hal alıb.
"Bura sahibsiz itlərlə doludur. Qonşuda neçə nəfəri qapıblar. Axşam olanda itlərin qorxusundan küçəyə çıxa bilmirik.
Xahiş edirik ki, bununla bağlı tədbir görsünlər", - deyə sakinlər narazılıqlarını ifadə ediblər.
Avtosfer.az-ın məlumatına görə, problemlə bağlı Oğuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq IDEA İctimai Birliyinin Heyvanlara Qayğı Mərkəzinə müraciət edilib və mərkəzin əməkdaşları tərəfindən ilkin olaraq şəhər ərazisində 50 sahibsiz küçə itləri tutularaq sığınacağa yerləşdirilib:
"Tədbirin davamı olaraq növbəti günlərdə də şəhər ərazisində küçə itlərinin sığınacağa yerləşdirilməsi tərəfimizdən təmin ediləcək".
Qeyd edək ki, it dişləməsi zamanı həkimə müraciət etmək lazımdır. Belə ki, quduzluğa yoluxan heyvanların dişlədiyi insanlar peyvənd olunmadıqda bu, ölümlə nəticələnir. Belə hallar isə ölkə ərazisində zaman-zaman baş verib.
Daha ətraflı Baku TV-nin süjetində:
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO











