Özlərinə “Porsche”, “İnfiniti” alıblar... - Qardaşların film kimi soyğunu

Qazaxda həmkəndliləri Qabil Rəhimova qarşı quldurluq edərək, onun 13,5 milyon rubl pulunu aparan qardaşların məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Nuru və Yusif Quliyev (soyad şərtidir) qardaşları hərəsi 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Cinayət hadisəsi isə 2022-ci ilin yanvarında baş verib. Qardaşlar quldurluq etmək üçün əməlli ssenari fikirləşiblər ki, buna da daha çox filmlərdə rast gəlmək mümkündür.
Belə ki, hadisə günü Yusiflə Nuru valyuta mübadiləsi ilə məşğul olan həmkəndlilərini təqib ediblər. Qazax-Ağstafa yolunda isə idarə etdikləri BMW markalı avtomobillə zərərçəkənin “Vaz-2107” markalı maşınını arxadan gələrək vurublar.
Qabil Rəhimov qəzanın arxadan gələn avtomobilin sürücüsünün yuxu tutması səbəbiylə baş verdiyini düşünsə də, realda tamam fərqli mənzərə görüb.
Belə ki, arxa maşından düşən qardaşlar küt atlətlə həm Qabilə, həm də avtomobildə əyləşən dostuna zərbə yetirib və onları ölümlə hədələyiblər.
Bu zaman qardaşlardan biri maşında olan 13,5 milyon rublu (təxminən 300 min manat) götürüb. Bundan sonra qardaşlar Bakıya, zərərçəkən isə ona qarşı quldurluq edənlərin atasının evinə gedib. O, Nuru və Yusifin atasına baş verən hadisəni nəql etsə də, valideyn bundan xəbərsiz olduğunu deyib. Bundan sonra Qabil Rəhimov polisə müraciət edib.
Qardaşlar isə mənimsədikləri pulla Bakıda özlərinə ev, “Porsche”, “İnfiniti” markalı avtomobillər və bahalı telefon alıblar. 33 və 35 yaşlı təqsirləndirilən şəxslər tutulana qədər bütün pulları xərclədiyini bildirib.
Məhkəmə isə özgə pulu ilə alınan mülklərin zərərçəkmişə dəymiş ziyanın ödənilməsinə dair qərar çıxarıb.
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO
Bakıda ərinin maşınına hücum edən qadın CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB
Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır - VİDEO
Sərnişin avtobusunun yararsız təkərlə xəttə çıxması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB










