Özü və ya yaxın qohumları namizəd olan DSK üzvləri vəzifədən azad ediliblər

Özü və ya yaxın qohumları bələdiyyə üzvlüyünə namizəd olan dairə seçki komissiyalarının (DSK) üzvləri vəzifədən azad ediliblər.
Avtosfer.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 29-da keçirilən iclasında müzakirə olunub.
MSK sədrinin müavini Rövzət Qasımovun, MSK katibi Arifə Muxtarovanın və MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən, 1 saylı Şərur-Sədərək, 51 saylı Şirvan, 68 saylı Sabirabad-Şirvan, 86 saylı Ağcabədi, 91 saylı Zərdab-Kürdəmir-Ucar, 116 saylı Qəbələ, 3 saylı Babək-Şahbuz-Kəngərli, 7 saylı Səbail, 8 saylı Binəqədi birinci, 66 saylı Saatlı, 72 saylı Cəlilabad kənd, 20 saylı Nərimanov ikinci, 46 saylı Sumqayıt beşinci, 112 saylı saylı Zaqatala, 16 saylı Yasamal ikinci, 47 saylı Sumqayıt-Abşeron-Qaradag, 56 Şabran-Xaçmaz, 81 saylı İmişli seçki dairələrinin dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
İclasda xatırladılıb ki, qanunvericiliyin tələbi ilə özü və ya yaxın qohumları seçkilərdə namizəd olan DSK üzvləri bu vəzifədə qala bilməz. DSK-ların tərkibində dəyişikliklərin bəzilərinin səbəbi məhz bu məsələdir. Yaxın qohumları namizəd olan DSK üzvləri vəzifədən müvəqqəti azad olunublar, özü namizəd olan DSK üzvlərinin isə fəaliyyətinə xitam verilib.
Müvafiq qərarlar səsverməyə qoyulub və qəbul edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












