Partiya rəsmisi 822 milyon rüşvət almaqda təqsirli bilinir

Çin Kommunist Partiyasının Sincan Uyğur Muxtar Rayonu regional komitəsi katibinin keçmiş müavini Li Pensin 822 milyon yuan (təxminən 114,3 milyon ABŞ dolları) rüşvət almaqda təqsirli bilinir.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, sabiq məmur haqqına başlanmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. O, 1999-2023-cü illərdə Çinhay əyalətində, Daxili Monqolustan və Sincan Uyğur muxtar rayonlarında müxtəlif vəzifələrdə çalışarkən fərdi şəxslər və şirkətlərə biznes fəaliyyəti üçün qanunsuz yollarla daha yaxı şərait yaratmaq müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunur. Məhkəmə prosesində onun cinayət əməlləri sübuta yetirilib. Müttəhim cinayət əməllərini etiraf edib. Yaxın günlərdə hökm elan olunacaq.

Qeyd edək ki, Si Cinpin 2012-ci ildə Çin Kommunist Partiyasının rəhbəri seçildikdən sonra ölkədə korrupsiyaya qarşı genişmiqyaslı kampaniyaya başlayıb. Ötən müddətdə on minlərlə məmur edam cəzası da daxil olmaqla müxtəlif formada cəzalandırılıb. Onlar arasında nazirlər, qubernatorlar, merlər, partiya rəsmiləri, ali rütbəli hərbçilər, iri dövlət şirkətlərinin rəhbərləri də var.
Çin Kommunist Partiyasının 2022-ci ilin oktyabrında keçirilmiş 20-ci qurultayından bəri vəzifə səlahiyyətlərindən sui-istifadə və korupsiya halları üzrə 628 min nəfər barəsində intizam tədbiri görülüb, 20 nəfər haqqında cinayət işi açılıb.
Ötən il nazir müavini və daha yüksək səviyyəli 58 məmur haqqında partiya intizamını pozmağa görə təhqiqat aparılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












