“Patron”un içindən ölü siçan çıxıb? - Açıqlama

Günəbaxan tumunun içindən siçan çıxması ilə bağlı görüntülər müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçilərindən biri paylaşım edib.
Paylaşımda bildirilib ki, “Patron” tumunun içindən ölü siçan çıxıb: “İyrəndiyim üçün hələ də özümdə deyiləm. Belə hal necə yaşana bilər? Siz insanlara nə cür məhsul satırsız?”

Yayılmış iddialarla bağlı “Vəkiloğlu” MMC-yə məxsus “Patron” şirkəti ilə əlaqə saxladıq. Şirkətin marketinq şöbəsinin direktoru Elvin Nasir saytımıza açıqlamasında iddiaları təkzib edib: “Bu kimi paylaşımlar çox zaman olur. Tum 200 dərəcədə qovrulur, 2-3 mm-lik lazerlərdən keçir və böyük bir nümayəndənin, yəni 10 nəfər nəzarətçinin yanından paketlənməyə gedir. Tumun içindən onun çöpü çıxa bilər, xırda daş çıxa bilər. Amma siçanın çıxması absurddur.
Hazırda müasir texnologiyalardan istifadə edirik. Siçanın 2-3 mm-dən keçməsi, 200 dərəcədə elə qalması mümkün deyil. Biz bu işə hüquqi baxımdan yanaşacağıq. İstənilən şəxs gəlib istehsal prosesinə baxa bilər. Deyilənlərin məntiqi olmadığını görmək çətin deyil. Ola bilsin ki, bu, qarayaxma kampaniyasıdır. Əgər belə hal olsaydı, Qida Agentliyi bizə istehsalı qadağan edərdi. Çünki hazırda bu mövzularda çox ciddi nəzarət var. Biz bütün avadanlıqlarımızı yeniləmişik. Belə hal mümkün deyil”.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentiyinə (AQTA) sorğu göndərdik.
Qurumdan saytımıza cavab olaraq bildirildi ki, hazırda məsələ araşdırılır: “Qeyd olunan məsələ Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












