Piyada zolağında ana və iki övladını vuran "Avromed" şirkətinin sürücüsü yoxa çıxıb – ŞİKAYƏT - FOTOLAR

Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində piyada zolağı ilə keçən ana və iki uşağını vuran "Avromed" şirkətinin sürücüsü yoxa çıxıb.
Bununla bağlı Oxu.az-a şikayət məktubu ünvanlayan 39 yaşlı zərərçəkmiş xanımın həyat yoldaşı Anar İsmayıl məlumat verib.
O qeyd edib ki, hadisə bu il iyunun 1-i, təxminən saat 12 radələrində Bəhruz Nuriyev küçəsində, "Xalqlar Dostluğu" yarmarkasına yaxın ərazidə baş verib.
"Yoldaşım və biri səkkiz, digəri iki yaşında olan iki övladım yolu keçərkən piyada zolağının üstündə onları "Avromed" şirkətinə məxsus avtomobili etibarnamə ilə idarə edən sürücü Afiq Rafiq oğlu Abışov vurub. Qəza nəticəsində yoldaşım və böyük oğlum xəsarət alıblar. Hadisə yerinə gələrək sürücü ilə birlikdə onları xəstəxanaya çatdırmışam, lazımi müayinələr aparılıb və yoldaşımın ayağında, dizdən aşağı hissədə sınıq olduğu müəyyən olunub.

Qəzanı törədən şəxs həmin gün xəstəxana xərclərini çəkdi, həkim də onun yanında sümükdə prosesin necə getdiyini müəyyən etmək üçün on gündən bir müayinəyə gəlmək lazım olduğunu bildirdi.

Həmin adam hadisədən on bir gün sonra yoxa çıxdı. İlk günlər telefona cavab versə də, qəza törətdiyi maşınını cərimə meydançasından çıxarandan sora tamamilə itdi.
Hadisədən altı gün sonra polis gəlib izahat almağa, 24 gün sonra isə tibbi ekspertiza ediblər. Qəzadan iki ay yarım qədər vaxt keçib, işlər avtoekspertizaya gedib, oradan da heç bir cavab ala bilmirik. Onlar deyirlər, qərar verilib, göndərmişik polisə, polis də deyir, bizə qərar gəlməyib.
Baxmayaraq ki, yoldaşımı vuran avtomobil "Avromed"ə məxsusdur və sürücü həmin şirkətin işçisidir, şirkət olaraq da maraqlanmadılar ki, işçilərinin vurduğu adamın taleyi necə oldu?
Bu səbəbdən şirkətə qarşı da hüquqi qaydada iddia qaldıracağam", - deyə şikayətçi bildirib.

Vətəndaşın şikayətini Daxili İşlər Nazirliyinə (DİN) ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən qəzanın baş verməsi halı təsdiqlənib:
"Cari il iyunun 1-də paytaxtın Nizami rayonu ərazisində "Hyundai" markalı avtomobillə piyada Ülviyyə İsmayılın vurularaq xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə polis orqanına məlumat daxil olub. Məlumat əsasında təhqiqat araşdırması başlanılıb. Təyin olunmuş müvafiq ekspertizanın rəyinə əsasən, piyadanın az ağır dərəcəli bədən xəsarəti alması müəyyən edilib. Hazırda araşdırmalar davam etdirilir. Toplanmış materiallar əsasında qanunvericiliyə uyğun qərar qəbul ediləcək".
Tanışı olan qızla avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI
Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib - Baş Prokurorluqdan təkzib
Bu küçələrdə piyadalar maşın yolunu səkiyə çevirib - ŞİKAYƏT - VİDEO
“Siz rayon ərazində vertolyotla gəzirsiz?” – Jurnalistdən İCRA BAŞÇISINA MESAJ - VİDEO
Bakıda yolda nəzarətsiz at görüntüləndi – Polis dərhal tədbir gördü - VİDEO
“Opel” çökmüş yola düşdü: Xaçmazda hadisə - VİDEO
İcra başçısı Adil Əliyevin köməkçisi öldü - FOTO
Orta yaşlı kişi hərəkətdə olan avtomobillərin qarşısına qəfil atıldı - VİDEO
“Qurban olum, bir övladım var, maşını saxla” – Uşağını nəzarətsiz qoyan valideyn - VİDEO
Bakıda kişi maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO
Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı










