Psixiatriya Xəstəxanasında vətəndaş döyülüb? – İDDİA/VİDEO

Sevil Hüseynova iddia edir ki, onun həyat yoldaşı Mahir Hüseynov Psixiatriya Xəstəxanasına yerləşdirildikdən sonra orada döyülüb.
Onun sözlərinə görə, avqustun 10-da həyat yoldaşı təcili tibbi yardımla Psixiatriya Mərkəzinə gətirilib. Bir neçə gün sonra isə onun ziyarətinə gedərkən gördükləri həyat yoldaşını dəhşətə gətirib. "Yoldaşımı əlil arabasında gətirdilər. Hazırda ayağa dura bilmir. Sol tərəfdən böyrünü tutmuşdu, nəfəs alıb-verə bilmirdi. Sağ tərəfdən qaşının üstü partlamışdı. Məndə videogörüntülər, şəkillər var. Həkimlər dedilər ki, biz döyməmişik, palatadakı ruhi xəstə döyüb", - deyə S.Hüseynova söyləyib.
Şöbə müdiri Nigar Novruzova isə bildirib ki, Sevil Hüseynovanın səsləndirdiyi fikirlər əsassızdır:
"Xəstə gələndə psixi vəziyyətində narahatlıqlar olub, eyni zamanda halsızlığı var idi. Sistemlərin nəticəsində ayağa durmaq istəyərkən yıxılaraq qaşın yuxarı nahiyəsindən xəsarət alıb. Xəstənin özündən də soruşanda cavab verir ki, heç kəs məni vura bilməz. Əlavə müayinələr üçün onu Sabunçu Tibb Mərkəzinə də göndərdik. Oradakı həkimlər yıxılmağını dərmanların əlavə təsiri olaraq qiymətləndirir. Başqa xəstənin üzərində heç bir xəsarət yeri yoxdur. Deyilən sözlər yanlışdır".
Şöbə müdiri onu da bildirib ki, xəstənin hazırda vəziyyəti normaldır və o, artıq xəstəxanaya gətirilərək palataya yerləşdirilib.
Ətraflı süjetdə:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












