“PUBG”nin təsiri altında olan gənc 5 nəfəri bıçaqladı: Hərəkətlərini kameraya çəkdi - VİDEO

Türkiyənin Eskişehir bölgəsində bıçaq və balta ilə silahlanan bir gənc ətrafdakı insanlara hücum edib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, bir çay bağçasında oturan həmvətənlərinə kəsici alətlərlə hücum edən 18 yaşlı gənc cinayət anını videoya çəkib.
Görüntülərdə onun qarşısına çıxan hər kəsə xəsarət yetirdiyi görünür. Hadisənin törədildiyi an cinayətkarın üzündə maska, əynində qoruyucu jilet, başında isə xüsusi kaska olub.
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Artıq polis hadisəni törədən 18 yaşlı gənci saxlayıb. Onun “PUBG: Battlegrounds” döyüş oyunlarının təsiri altında bu cinayəti törətdiyi ehtimal olunur.
Xəsarət alan vətəndaşlar ətrafdakı xəstəxanalara yerləşdiriliblər. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb, istintaq işi başladılıb.
Bildirilir ki, onun sosial media hesablarında insanlara qarşı nifrət və cinayət xarakterli yazıları, eləcə terror planlarının əks olunduğu paylaşımlar etdiyi aşkarlanıb.
Namiq Musayev
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












