Qadın xəstəxananın sanitar qovşağında uşaq dünyaya gətirib?

Ötən gün böyrək sancısı ilə Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edən 34 yaşlı T. Konuxun tibb müəssisəsinin sanitar qovşağında doğuş həyata keçirdiyi, daha sonra isə körpəsini öldürməyə cəhd etdiyi iddia olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə Bizim.media məlumat yayıb.
Bildirilib ki, hadisədən sonra Quba Rayon Mərkəzi Xəstəxanasının tibb personalı körpəyə və anaya təcili tibbi yardım şöbəsində yardım göstəriblər. Ana və oğlan uşağı Quba Regional Perinatal Mərkəzə yerləşdirilib.
Hadisə ilə bağlı “Qafqazinfo”nun Baş Prokurorluğa ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, faktla əlaqədar Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Ananın sanitar qovşaqda doğuş həyata keçirməsi iddiaları ilə əlaqədar Quba RMX ilə də əlaqə saxladıq. Xəstəxanadan iddiaları nə təsdiq, nə də təkzib etdilər. Qeyd edildi ki, hazırda ana və yenidoğulmuşun vəziyyəti nəzarət altında saxlanılır: “Ötən gün saat 07:20 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə böyrək sancısı şikayətləri ilə hospitalizasiya olunan 1991-ci il təvəllüdlü qadın müayinə edilib. Həmin şöbənin həkimi tərəfindən aparılan ilkin tibbi qiymətləndirmə zamanı pasiyentin hamilə olduğu müəyyən edilib və dərhal ginekoloq konsultasiyası təmin olunub.
Şöbədə aparılan təxirəsalınmaz tibbi müdaxilə nəticəsində doğuş baş verib. Neonatal reanimasiya tədbirləri yerinə yetirildikdən sonra ana və körpəsi Quba Regional Perinatal Mərkəzə təxliyə edilib.
Hamilə qadının vəziyyəti stabil olaraq qiymətləndirilib və müalicəsi davam etdirilir. Yenidoğulmuşun vəziyyəti isə ağır olaraq dəyərləndirildiyindən süni ventilyasiya aparatına qoşulub. Hazırda ana və yeni doğulmuşun vəziyyəti tibb müəssisəsində nəzarət altında saxlanılır”.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












