Qalmaqallı idmançılar federasiyadan QOVULDULAR - YENİLƏNİB

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev qurum əməkdaşlarının iştirakı ilə baş vermiş xoşagəlməz hadisəyə dair qərarlar verib.
Avtosfer.az-ın məlumatına görə, I vitse-prezident Ramal Aslanov tutduğu vəzifədən öz istəyi ilə azad edilib.
Bundan əlavə, Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunub.
Fuad Zeynalovun isə Azərbaycan Kikboksinq Federasiyasının nəzdində məşqçi fəaliyyətinə xitam verilib
Əvəzində Elşən Abdulrəhimov federasiyanın icraçı direktoru təyin edilib.
Qeyd edək ki, yanvarın 5-də Bakıda insident törədən idmançılar saxlanılıb, cinayət işi açılıb. Bu gün onlar barəsində həbs qətimkan tədbiri seçilib.
****
Yanvar ayının 5-də DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edənlər haqqında Azərbaycan Kikboksinq Federasiyasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev məlumat verib.
"Qərara əsasən, Ramal Aslanov federasiyada tutduğu vəzifədən öz ərizəsi ilə azad olunur.
Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunur.
Fuad Zeynalovun Azərbaycan Kikboksinq Federasiyasının nəzdində məşqçi fəaliyyətinə xitam verilir.
Elşən Abdulrəhimov federasiyanın icraçı direktoru vəzifəsinə təyin olunur".
Qeyd edək ki, DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən, məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar. Daha sonra kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov insidentin sifarişini verən şəxs kimi saxlanılıb.

![]()
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB











