Qanunsuz dövriyyədən götürülmüş 5,1 ton narkotik məhv edilib - FOTOLAR

Azərbaycan gömrük orqanlarının qanunsuz dövriyyədən götürdüyü 5,1 tondan çox narkotik məhv edilib.
Bu barədə Avtosfer.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun təşkilatçılığı və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş 24 cinayət işi üzrə ümumilikdə 5 ton 168 kq 332 qram narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.
Bildirilib ki. beynəlxalq standartlara və milli qanunvericiliyə uyğun şəkildə şəffaflıq prinsipi əsasında həyata keçirilmiş məhvetmə aksiyasını BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin, media və ictimai təşkilatların nümayəndələri də müşahidə edib.
Məhv edilənlərin 91.3%-i daha təhlükəli narkotiklər: yəni 4 ton 662 kq 185 qramı heroin və 58 kq 837 qramı metamfetamin olub, bundan əlavə 369 kq 529 qram tiryək, 77 kq 779 qram həşiş və digər maddələr də məhv edilib.
Bu narkotiklərin 98.7%-i, yəni 17 fakt üzrə 5 ton 105 kq 990 qramı cənub sərhədlərindən Azərbaycan ərazisinə daxil olmaqla tranzit yolla Avropa ölkələrinə çatdırılması üçün nəzərdə tutulub. Məhv edilən narkotiklərin Avropada qanunsuz orta pərakəndə satış qiyməti 272 milyon avrodan çox təşkil edir.
Dövlət Gömrük Komitəsi bəyan edir ki, ölkəmizə qarşı narkotəhdidlər və yeni çağırışlar nəzərə alınmaqla narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə gömrük orqanlarının prioritet vəzifələrindəndir. Bu məqsədlə əməliyyat-axtarış fəaliyyətinin gücləndirilməsi, gömrük orqanlarının yoxlama baxış sistemləri, müasir texniki nəzarət vasitələri və narkotik axrtarışı üzrə kinoloji itlərlə təmin olunması, Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) və digər yeni texnologiyalar tətbiq edilməklə onların potensialının və şəxsi heyətin peşəkar hazırlığının artırılması istiqamətində tədbirlər görülür.
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB



























