Qaziyə qarşı dələduzluq edən MMC rəhbərlərinə hökm oxundu

"AZ İNTEKST" MMC-nin direktoru Ruhəddin Cabbarov, işçiləri Sənan Quliyev və Telman Fətəliyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Avtosfer.az "Unikal"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sənan Quliyev son sözlə çıxış edib.
O, borcunu ödəyəcəyini bildirərək məhkəmədən ona bəraət verməsini xahiş edib.
Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Sənan Quliyevə 7 il 9 ay 19 gün, Telman Fətəliyevə 5 il 5 ay 20 gün və Ruhəddin Cabbarova 2 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
T.Fətəliyev və R.Cabbarov barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və onlar məhkəmə zalında həbs olunublar.
Dəymiş ziyanın ödənilməsi üçün hər üç şəxsdən müəyyən məbləğlər tutulacağı elan olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşların evlərini təmir etmək adı ilə onları aldadıb, külli miqdarda pullarını ələ keçiriblər.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə 28 nəfər zərərçəkmiş qismində tanınıb.
Zərərşəkmiş şəxslərdən biri - Əli Nuriyev birinci Qarabağ Müharibəsinin qazisi, ehtiyatda olan baş leytenantdır. O, Nərimanov rayonunda, Koroğlu Rəhimov küçəsi 1-də yerləşən mənzilini təmir etdirmək məqsədi ilə 2021-ci ilin iyunun 11-də özünü "AZ İNTEKST" MMC-nin direktoru kimi təqdim edən Cabbarov Ruhəddin Rasim oğlu ilə müqavilə bağlayıb. Pulu ödəsə də, işi görülməyib.
Yerin üstündə matəm, altında toy-bayram - VİDEO
Diqqəti telefonda qalan sürücü qəza törətdi – 2 nəfər öldü - FOTO
"Arzum"un səhhəti pisləşdi
Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO
Ağır qəzada avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - EKSPERT RƏYİ
Ağdamda faciəvi şəkildə həlak olan ailənin FOTOsu
Su anbarında övladları ilə birlikdə batan Şərif İsgəndərov şəhid övladıdır - FOTO
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
Manaf Ağayev polisə çağırıldı - SƏBƏB
Bakıda 59 yaşlı sürücü sükan arxasında ÖLDÜ










