Qəzaya düşən PFL prezidentinin müalicəsi ev şəraitində davam edəcək

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov bu ayın sonunda evə buraxıla bilər.
Bunu "Report"a açıqlamasında PFL-in media və marketinq direktoru Sənan Abdullayev deyib.
O bildirib ki, qurum rəhbərinin fizioterapiyası hələlik xəstəxana şəraitində davam edir:
"Bərpa prosesi uğurla keçir. Əhval-ruhiyyəsi yaxşıdır. Gözlənilir ki, bu ayın sonunda evə buraxılsın. Fizioterapiyası, müalicəsi ondan sonra ev şəraitində davam edəcək. Yəni artıq xəstəxanada qalmasına ehtiyac olmayacaq. Vitse-prezident Aslan Şahgəldiyevdə olduğu kimi, Elxan müəllim də, sadəcə, tam bərpa məqsədilə bir müddət fizioterapiya üçün həmin xəstəxanaya gəlib-gedəcək".
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO
Bakıda ərinin maşınına hücum edən qadın CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB
Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır - VİDEO
Sərnişin avtobusunun yararsız təkərlə xəttə çıxması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB










