Qəzaya düşən şəxs xəstəxanada vəfat etdi - Fərhad Əhmədovun mühafizəçisi olub

Milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olmuş Kamil Binnətov dünyasını dəyişib.
Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, Kamil Binnətov avtomobil qəzasında aldığı xəsarətlərdən sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Qəza Ağdaşda baş verib. Kamil Binnətov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı onun səhhətində ciddi problem olmadığı bildirilib. Kamil Binnətov da özünü yaxşı hiss etdiyini bildirib. Lakin onun daxili qanaxma keçirdiyi müəyyən edilməyib.
Kamil Binnətov yerləşdirildiyi xəstəxanada bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun nəşi Sabunçuda yaşadığı evinə gətirilib.
Bildirək ki, Kamil Binnətov uzun müddət Bakı Bulvar İdarəsində, “Park Bulvar Mall” ticarət mərkəzində mühafizə xidmətinin rəisi işləyib. O, həmçinin göyçalı milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












