Quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı TƏFƏRRÜATLAR

Cəlilabad rayonunun Moranlı kəndində quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub. "Report"un əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Həsənağa Məmmədov dərinliyi təxminən 15 metr olan su quyusuna düşən qızı 2004-cü il təvəllüdlü Məmmədova Nəsibəni oradan xilas etmək istəyərkən özü də quyuya düşərək boğulub.
Qızın quyuya düşərkən evdə heç kim olmayıb. Qonşu kəndə qonaq gedən ata evə gəldikdən sonra qızını axtarmağa başlayıb. Sonra onun ayaqqabılarını quyunun kənarında görüb. Qızının quyuya düşdüyünü müəyyən edən ata dərhal su şlanqı ilə onu çıxarmağa çalışıb. Lakin şlanq qırıldığından o da boğulub.
Kənd sakinlərinin məlumatına görə, qız həmişə quyudan kəndir vasitəsi ilə su çəkirmiş. O boğulan zaman evin xanımı Bakıda müalicədə olub.
Qeyd edək ki, dünyasını dəyişən N.Məmmədova nişanlı imiş.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












