
“Rentacar”dan maşın götürdü; "avtoşluq edib" məhkəməlik oldu - CƏZA
Avtoxəbər
2 Aprel 2025 18:36
Oxunub 1436

Bakıda “Renta car”dan günü 55 manata avtomobil icarəyə götürən şəxs avtoşluq etdiyinə görə saxlanılıb.
Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, 2005-ci ildə Bakıda anadan olmuş S.M. barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, S.M. “Rent A Car”dan günü 55 manata götürdüyü "Chevrolet Cruze minik" markalı avtomobillə avtoşluq edib. O və tanışı eyni markalı avtomobillə səhər saat 06:00 radələrində paytaxtın Ş.Bədəlbəyli küçəsində yürüş təşkil ediblər.
Məhkəmənin qərarı ilə S.M inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətə məhdudlaşdırılmaqla, 700 manat cərimə edilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR