Ruben Vardanyanın vəkili vəsatətlərlə çıxış edib

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesində onun müdafiəçisi Avraam Berman məhkəməyə müraciət edərək vəsatətlər verib.
Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, vəkil müdafiə etdiyi şəxsə hüquq və vəzifələrinin izahına dair bildirişin təqdim olunması, işin materialları, o cümlədən məhkəmə iclasının protokolları ilə tanış olmaq üçün əlavə şəraitin yaradılması, təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarın rus dilinə tərcümə variantının təqdim olunmasına dair vəsatətləri təqdim edib.
Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətlərə münasibət bildirərək qeyd edib ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərar qəbul olunub. Belə ki, təqsirləndirilən şəxsə həm ibtidai istintaqın, həm də məhkəmənin gedişində işin materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt verilib. Həmçinin təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izahına dair bildirişlərin, cinayət məsuliyyətinə cəlbetmə haqqında qərarın təqdim olunması işin materialları ilə təsdiq edilir. Bütün bunları nəzərə alaraq prokuror həmin vəsatətlərin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.
Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər.
Məhkəmə yerində müşavirə keçirərək vəsatətlərə münasibət bildirib.
Hakim Zeynal Ağayev qeyd edib ki, təqsirləndirilən şəxsə ibtidai istintaq dövründə hüquq və vəzifələrinin izahına dair bildiriş təqdim olunub və bu hal işin materialları ilə təsdiqlənir. Bundan başqa, həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə hüquq və vəzifələri ətraflı izah olunub, buna dair bildirişlər məhkəmə tərəfindən də ona rəsmi şəkildə təqdim edilib. Həmçinin işin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə kifayət qədər vaxt verilib. Lakin təqsirləndirilən şəxs işin materiallarında olan sənədlər, o cümlədən məhkəmə iclasının protokolları ilə tanış olmaq istəyirsə, bununla bağlı ona yenidən şərait yaradılacaq.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Xırdalanda yeniyetmə maşının altında qalmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
Avtomobil piyadanı vurdu: "AzParking" heyəti vətəndaşın həyatını xilas etdi - VİDEO
Xırdalanda qayda pozan piyadalar təhlükəli vəziyyət yaratdı - VİDEO
Elektron siqaretə görə tələbənin ağciyərləri sıradan çıxdı
İnşaat materialları yandı, körpü əyildi - FOTO
Qobustandakı magistral yol niyə çöküb? - Ekspert səbəbləri AÇIQLADI - FOTO
Ucarda 46 yaşlı kişini maşın vurub öldürdü - Sürücü ərazidən qaçdı
Oğul anasını traktorla vurub öldürdü
Şəhərin mərkəzində təhlükəli anlar: Gənc qız avtomobilin qarşısına qaçdı - VİDEO
Goranboyda yük maşını piyadanı vurub öldürdü
Rusiyada qazdaşıyan sistern belə partladı – VİDEO








