Sabirabadda qadını öldürməkdə təqsirləndirilən yeniyetmənin məhkəməsi başlayıb

Sabirabadda 49 yaşlı qadını öldürməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət verib.
Məhkəmə vəsatəti təmin etməyib və işin baxışa verilməsi barəsində qərar qəbul edib.
Məhkəmənin baxış iclası yanvarın 23-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən il avqust ayında baş verib. 2007-ci il təvəllüdlü Ramal Qurbanlı tanışı 1975-ci il təvəllüdlü Rəna İmanovanı aralarında baş verən mübahisə nətticəsində bıçaqlayaraq qətlə yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluqla əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












