Şamaxıda torpaq sürüşməsi oldu - FOTO - VİDEO

Son vaxtlar yağıntıların artması bölgələrdə torpaq sürüşmələrini artırıb.
Avtosfer.az məlumat verir ki, Şəki şəhərində, Tolstoy küçəsində torpaq sürüşməsi qeydə alınıb. Sürüşmədən sonra ərazidəki evlər üçün təhlükəli vəziyyət yaranıb. Evlərin divarlarında iri çatlar əmələ gəlib.
Şəki Rayon İcra Hakimiyyətindən bildirilib ki, Teyyub Salman oğlu Məmmədovun yaşadığı evin yerləşdiyi ərazidə torpaq sürüşməsinin baş verməsi ilə bağlı müraciətinə yerində baxış keçirilərək tədbirlər görülməsi üçün aidiyyəti üzrə müraciət edilib.
Fövqəladə Hallar Nazirliyi (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin (ETSN) nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilərək müvafiq akt tərtib edilib.
Ətraflı süjetdə:
***
Şamaxı-Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi baş verib.
Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, sürüşmə nəticəsində yolun bir neçə nöqtəsində asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib. Bəzi hissələrində hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 3-4 metr uzunluğunda iri və xırda çatlar əmələ gəlib. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq, iri qabarmalar yaranıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş də çətinləşib.
Sakinlərin sözlərinə görə, sürüşmə hər gün davam edir.
Xatırladaq ki, sözügedən avtomobil yolu 2019-cu ildə inşa edilərək istifadəyə verilib.





Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












