Saxta şəxsiyyət vəsiqələrinin hazırlanması ilə bağlı 19 gürcüstanlı qadın saxlanılıb

İtaliyada 19 gürcüstanlı qadın saxlanılıb
İtaliyada Gürcüstanın 19 vətəndaşı (qadınlar-red) saxta şəxsiyyət vəsiqələrinin saxlanılması və hazırlanması ittihamı ilə saxlanılıb.
Avtosfer.az-ın “Report”a istinadən xəbər verir ki, onlar İtaliyada baxıcı kimi fəaliyyət göstərirmiş.
Məlumatı Udine şəhər Prokurorluğu təsdiqləyib.
Qeyd edilir ki, daha 17 qadın barəsində şikayət daxil olub və onlarla bağlı araşdırmalar davam etdirilir.
İstintaqın başlanmasına Udine Vergi Xidmətinə Gürcüstan vətəndaşları tərəfindən vergi kodu almaq üçün müraciətlərin kəskin artımı səbəb olub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxslərin hamısında Slovakiya, Polşa və Litva kimi Avropa İttifaqına üzv ölkələrə məxsus saxta şəxsiyyət vəsiqələri aşkarlanıb. Bu sənədlər İtaliyada yaşamaq və işləmək üçün heç bir maneə yaratmadığı üçün həmin şəxslər əvvəlcə Udine Vergi Xidmətində vergi kodu əldə edir, daha sonra isə digər bölgələrə işləməyə gedirmişlər.
Məlumata görə, bu vəsiqələr xaricdə 600 avro müqabilində hazırlanıb.
Fırıldaqçılıq sxemi təsdiqini tapsa, Gürcüstan vətəndaşları İtaliyadan deportasiya ediləcəklər.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












