Sərhəddən tualet kağızları arasında "Land Cruiser" keçirmək istədilər - FOTO

Ukrayna müharibəsi ilə əlaqədar olaraq Rusiyaya bir çox avtomobil markalarının ixracı qadağan edilib. Lakin bu, rusların Mercedes, Audi, Toyota kimi markalara marağını qətiyyən azaltmayıb. Bu gün də qeyri-leqal yollarla idxal davam edir.
Avtosfer.az xəbər verir ki, Litva-Belarus sərhədində litvalı gömrükçülər şübhəli yük avtomobilini saxlayıblar. Özbəkistan vətəndaşının idarə etdiyi MAN markalı avtomobilin yol sənədində 720 kq tualet kağızı aparıldığı bəyan edilmişdi. Lakin avtomobilin qoşqusunda nə az, nə çox, 3 ədəd Toyota Land Cruiser avtomobili tualet kağızlarının arasında gizlədilmişdi.
90 min dollarlıq yük müsadirə edilib, sürücünün isə Litvanı tərk etməsi qadağan olunub. Gizli yükdən xəbəri olmadığını iddia edən sürücünü 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Vüqar
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO













