Sərnişin təyyarəsində bomba həyəcanı - Təcili eniş etdi

"American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkdan Hindistanın paytaxtı Yeni Dehliyə uçarkən bomba təhlükəsi ilə üzləşib.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, aviaşirkət e-poçt vasitəsilə alınan bomba təhlükəsi səbəbindən ekipajı xəbərdar edib. Bu arada, Xəzər dənizinin üzərində olan təyyarə təhlükəsizlik tədbirləri ilə əlaqədar təcili olaraq İtaliyaya yönləndirilib və Romadakı "Leonardo da Vinçi" hava limanına enib.
Hadisədən sonra İtaliya Hərbi Hava Qüvvələrinə məxsus iki Eurofighter Typhoon döyüş təyyarəsi təyyarəni müşayiət edib. Təyyarə təhlükəsiz şəkildə Romaya eniş edib və hadisədən sonra geniş təhlükəsizlik tədbirləri görülüb.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, bomba təhdidinin əsassız olduğu üzə çıxıb.
“Təhlükəsizlik bizim əsas prioritetlərimizdir və müştərilərimizə anlayışlarına görə təşəkkür edirik”, - deyə "American Airlines"in bəyanatında qeyd olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












