Sərxoş halda maşın sürdü, polis saxladı - 400 manat cərimə

Bakıda dövlət nömrə nişanı 99 UM 111 olan "VolkswagenID.6 X Pro" markalı avtomobilin sürücüsü saxlanılıb.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1989-cu il təvəllüdlü D.F. barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1 maddəsi ilə protokol tərtib edilib.
Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən gecə saat 02:40 radələrində saxlanılan D.F. avtomobili sərxoş halda idarə edib. Məhkəmənin qərarı ilə sürücü barəsində 400 manat məbləğində cərimə edilir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 333.1 maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












