Silahlı insident olub, ölən və yaralanan var

Gürcüstanın paytaxtı Tbilisidə ölümlə və xəsarətlə nəticələnən silahlı insident olub.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Çavçavadze prospektində gecə saatlarında baş verib. İnsident nəticəsində orta yaşlı kişi qətlə yetirilib, daha bir nəfər isə yaralanıb.
Şahidlərin bildirdiyinə görə, silahlı hücum kafedən çıxan iki nəfərə qarşı törədilib. Onların sözlərinə görə, naməlum şəxs və ya şəxslər avtomobildən atəş açıb. Hadisə yerində yeddi-səkkiz atəş səsi eşidilib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralı xəstəxanaya yerləşdirilib.
Mərhumun yaxınlarının Gürcüstanın “Birinci Kanal”ına verdiyi məlumata görə, o, hadisədən öncə Vake rayonunda tanışının yas mərasimində olub. Qətlə yetirilən şəxsin Moskva şəhərində biznesi olub, lakin onun hər hansı işgüzar problemlərlə qarşılaşdığı barədə məlumat yoxdur.
Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata əsasən, faktla bağlı Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 236-cı (qanunsuz odlu silah əldəetmə, saxlama və gəzdirmə) maddələri üzrə istintaq aparılır.
Hadisənin təfərrüatları araşdırılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












