Sülhməramlıların avtomobili yaxınlığında partlayış: 3 nəfər xəsarət alıb

Livanın cənubunda maşınlarının yaxınlığında baş verən partlayış nəticəsində üç BMT sülhməramlısı yüngül xəsarət alıb.
"RİA Novosti" bu barədə sülhməramlı qüvvələrin bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, sülhməramlılar sağ-salamat öz bazalarına qayıdıblar, insidentlə bağlı araşdırma aparılır. Livan və İsrail arasında münaqişə İsrail ordusunun iyulun 30-da Beyrutun cənub ətrafı Haret Hreik məhəlləsində yaşayış binasına zərbə endirməsi, nəticədə yaşayış binasının tamamilə dağıdılmasından sonra kəskinləşib.
"Hizbullah"ın yüksək rütbəli komandiri Fuad Şükr də daxil olmaqla 7 nəfər həlak olub.
Daha sonra şiə müqavimətinin lideri Həsən Nəsrullah İsrailin hərəkətlərinin “bütün qırmızı xətləri keçdiyini” və belə bir hücuma cavabın yaxın gələcəkdə veriləcəyini bildirib. Təl-Əviv də öz növbəsində xəbərdarlıq edib ki, İsrailə qarşı istənilən təcavüz aktı Livan üçün genişmiqyaslı dağıdıcı nəticələrə gətirib çıxara bilər. (Bizim.Media)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












