Sumqayıt sakinləri: "Uşaqlarımızı qorxa-qorxa məktəbə aparırıq" - FOTO

Sumqayıt şəhərinin sakinləri küçələrdəki sahibsiz itlərin çoxluğundan narahatdırlar.
Bununla bağlı oxu.az-a müraciət daxil olub.
Qeyd olunub ki, şəhərin Kamal Axundov küçəsində sahibsiz itlərin əlindən hərəkət etmək mümkünsüz olub.
"Burada itlərin əlindən çölə çıxmaq olmur. Uşaqları məktəbə qorxa-qorxa aparırıq. Getdiyin yerdə sürü ilə adama hücum çəkirlər. Dəfələrlə müraciət etsək də, səsimizə səs verən yoxdur", - deyə şikayətdə bildirilir.


Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirdi ki, fakt araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

"Sumqayıt şəhərində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sahibsiz itlərin peyvəndlənməsi işləri mütəmadi olaraq həyata keçirilir. Bu tədbirlər şəhər ərazisindəki heyvanların sağlamlığını qorumaq və insanların təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir.
Gələcəkdə sahibsiz itlər üçün sığınacaqların yaradılması və bu sahədə kompleks tədbirlərin görülməsi istiqamətində müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd olunan fakt da araşdırılacaq və müvafiq tədbirlər görüləcək", - deyə E.Qocayev vurğulayıb.



Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












