Sumqayıtda qız anasını 300 manat CƏRİMƏ ETDİRDİ - Sevgilisinə görə

Sumqayıtda qız onu başmaqla vuran anası barəsində polisə şikayət verib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1974-cu ildə anadan olan C.N. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, C.N. ilə qızı N.N. arasında yaşadıqları evdə mübahisə düşüb. Mübahisəyə səbəb C.N.-in qızının Elçin adlı şəxslə sevgi münasibətlərinə qarşı çıxmağı olub.
Belə ki, bir neçə ay əvvəl C.N. qızı ilə sevgi münasibətində olan Elçin adlı şəxsdən polisə şikayət verib. Məhkəmənin qərarı ilə Elçin 300 manat cərimələnib.
Ana və qızı arasında mübahisə də Elçinə görə yaranıb. C.N. qızına onunla münasibətlərinə son qoymağı tapşırıb. N.N. isə anasına qarşı çıxaraq onun istəyinə "yox" cavabı verib. Nəticədə C.N. ayağındakı başmaqla qızının ayağına vurub. Qız buna görə anasından şikayət edib və məhkəmədə anasının həbs olunmamasını, lakin cərimə edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə C.N. 300 manat cərimə olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












