Tanıdığım şəxs tərəfindən izlənilirəm - Sevda Sanaliyeva - VİDEO

Müğənnilər Sevda Sanaliyeva tanıdığı şəxs tərəfindən izlənildiyini bildirib.
Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə paylaşım edib. O, yaşadığı binanın qaraşında və evinin önündə çəkilən görüntüləri izləyiciləri ilə bölüşərək bunları deyib:
"Mən bu adamı tanıyıram, yaşadığı yeri də bilirəm. Çox təhlükəli insandır. Sadəcə səbr etməyə çalışdım. Həm də belə mövzu ilə gündəmə gəlməyə utandım. Amma məcburam. Buradan deyirəm, əgər mənə nəsə olsa, bilin ki, səbəbkarı bu insandır. Dəfələrlə 102-yə şikayət etmişəm, məhkəməyə, bölməyə ərizəli şəkildə müraciət etmişəm. Uzaqlaşdırma qərarının çıxarılması bir az vaxt tələb edir. Amma bilmirəm ki, buna vaxtım var ya yox. Qərar çıxana qədər bəlkə də mən olmayacağam. Dünən yaxşı qutardım, amma bu gün nə olacaq bilmirəm. Buradan bütün Azərbaycan xalqına deyirəm ki, mənə nəsə olsa, səbəbkarı odur. Bəlkə anam, atam yoxdur, yiyəsizəm deyə, belə hərəkət edir. Amma mənim Allahım var. Ona güvənirəm. Azərbaycan polisinə güvənmək istəyirəm. Bilirəm ki, həmin şəxs məni izləyir. Ona deyirəm ki, bir də yaşadığım binanın ətrafına gəlsən, arxamca düşsən, övladlarıma yaxın gəlib onları danışdırmağa çalışsan, üzünü göstərəcəyəm və adını soyadını da deyəcəyəm. Video da əlində nəsə var idi, arxasında gizlədirdi. Sabah nə edəcək mən bilmirəm, çox narahatam. O insanın məni təhdid etməsi ilə bağlı səsli mesajları var. Lazım olsarsa, onları da yayımlayacağam. İnşallah ki, ehtiyac qalmaz. Əgər onun başqalarına da ziyanı dəyibsə, mənim instaqram hesabıma yazsınlar".
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












