Tayvanda çökən yol avtomobili “udub”

Tayvanın Sinzhu şəhərinin Çjudonq qəsəbəsində yol qəfil çöküb.
Avtosfer.az cebhe.info-ya istinadən xəbər verir ki, çökmə nəticəsində park edilmiş avtomobil saniyələr ərzində çökmə nəticəsində yaranan çuxura düşüb.
Avtomobil 5 metr dərinliyə düşüb. Avtomobildə heç kimin olmaması böyük fəlakətin qarşısını alıb.
Ərazidə ilk baxışdan sonra uçqunun rayonda bir şirkət tərəfindən aparılan qanunsuz tikinti nəticəsində baş verdiyi bildirilib.
Zhudong Bələdiyyə Başçısı Quo Yuanzhang hadisə ilə bağlı verdiyi açıqlamada, "Bu torpaq Milli Əmlak İdarəsinə məxsusdur. Bəzi şirkətlər bu yerləri park və digər məqsədlər üçün zəbt edib, sonra isə lazımi infrastruktur qurulmayıb.
Çökən yerin infrastrukturu köhnə idi. Torpaq polad tirin qırılması səbəbindən çöküb" deyə bildirib.
Hadisə ilə bağlı təfərrüatlı araşdırma başlanılıb, tikinti şirkətinə qarşı da cinayət işi açılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












