Tənzilə Rüstəmxanlının Hacı Şahinlə bağlı açıqlaması barədə BƏYANAT

"Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin son iclası ilə bağlı mətbuatda gedən məlumatlarda deputat Tənzilə Rüstəmxanlının fikirləri geniş şəkildə işıqlandırılmayıb. Belə ki, onun şəhidlərlə bərabər hacı Şahin Həsənliyə də salavat gətirilməsinə etirazı xüsusi qabardılaraq məsələ yanlış təqdim edilib".
Avtosfer.az xəbər verir ki, bu, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) yaydığı bəyanatda öz əksini tapıb.
Bildirilib ki, Tənzilə Rüstəmxanlının çıxışında hacı Şahinin ruhunu incidəcək bircə kəlməsi də olmayıb.
"Dünyada hörmət sahibi olan din xadimləri çoxdur, lakin onlar şəhadətə Allah və millət yolunda qovuşmayıblarsa, şəhid sayıla bilməzlər. Allah hacı Şahinə rəhmət eləsin. Xalqımız arasında böyük hörmət-izzəti var idi, ruhu sayğı ilə anılır. Vaxtsız ölümünə hər kəs ürəkdən kədərləndi. Amma hacı Şahin şəhid deyil axı! Hacının adı hər yerdə hörmətlə xatırlanır, adına minlərlə insan hər gün salavat çevirir. Vacib deyil ki, o, həm də şəhid sayılsın. Bunu heç özü də məqbul saymazdı", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, ötən gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında millət vəkili, VHP sədrinin müşaviri T.Rüstəmxanlı şəhidlərlə yanaşı hacı Şahinə də salavat gətirilməsinə etiraz edib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












