Türkiyənin neft tankeri dronla vurulub

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu 140 ton yüklü neft tankerinin partlayışının xarici müdaxilə nəticəsində baş verdiyini bildirib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, nazir sualtı hücum versiyasının araşdırıldığını qeyd edib. “Sualtı hücumla bağlı ehtimallar dəyərləndirilir. Texniki qruplarımız hadisə yerinə yönləndirilib. Onlar yaxın saatlarda bunu müəyyən edəcəklər. Biz daha dəqiq açıqlamanı araşdırmadan sonra verəcəyik. Amma hazırda onu deyə bilərik ki, bu, müdaxilə nəticəsində baş verən partlayışdır. Xüsusilə də mühərrik bölməsinə yönəlməsi gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyır”.
***
Türkiyəyə məxsus "ALTURA" adlı xam neft tankeri Qara Dənizdə dronla vurulub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Rusiyadan yola çıxan və 140 min ton xam neft daşıyan tanker gəmi İstanbul Boğazından təxminən 15 mil uzaqlıqda, Qara dənizdə dron hücumuna məruz qalıb. Hadisə zamanı güclü partlayış baş verib. Gəminin göyərtəsində və körpü hissəsində zədələnmə qeydə alınıb. Həmçinin ciddi fəsadlar nəticəsində gəmiyə su dolduğu bildirilib. Gəmidəki 27 nəfərdən ibarət türk heyətinin vəziyyətinin yaxşı olduğu qeyd olunub.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












