Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu - FOTO - VİDEO

Ötən gecə Rusiya ordusu Ukraynanın bölgələrinə dronlar və ballistik raketlərlə hücum həyata keçirib.
Avtosfer.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, paytaxt Kiyev də daxil olmaqla, Dnepropetrovsk vilayətinə zərbələr endirilib.
Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Rusiya eyni vaxtda bölgənin üç şəhərində - Dnepr, Krivoy Roq və Pavloqradda sənaye müəssisələrinə hücum edib. Hücum nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib, ölən və yaralananların sayı dəqiqləşdirilir.
Rusiya ordusunun hücumu nəticəsində Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin azərbaycanlı polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin də iş otağı ziyan görüb. Obyektin tamamilə dağıldığı bildirilir. Xoşbəxtlikdən binada olan şəxslər, o cümlədən Rüstəm Vəliyev xəsarət almayıblar.
Bildirək ki, Rüstəm Elçin oğlu Vəliyev 2019-cu ilə qədər Xarkov vilayətində Ukrayna Polis İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb. 2020 – 2023 Odessa vilayəti Baş Polis İdarəsinin Cinayət Polisi rəisinin müavini, 2023-cü ilin mart ayından 2023-cü ilin oktyabr ayına qədər - Rovno şəhər Baş Polis İdarəsinin Varaski Polis İdarəsinin rəisi vəzifələrində çalışıb.
O, 2023-cü ildə Pavloqrad Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Rüstəm Vəliyev İrina adlı qadınla evlidir. Onların bu evlilikdən Tamerlan adlı oğlanları var./unikal


Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












