Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - Hökm oxundu

Kürdəmirdə vəzifəli şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş şəxsə hökm oxunub.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə 36 yaşlı Asif İsmayılova 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Onun sürücülük hüququ da 1 il 6 ay müddətə məhdudlaşdırılıb.
Sürücünün cəzasını məntəqə tipli müəssisədə çəkməsi qərara alınıb.
Bildirilib ki, ötən ilin iyul ayında baş vermiş hadisə vaxtı piyada, Kürdəmir Şəhər Avtovağzalının müdiri Rasim İsrafilov rayonun Bakı prospektində yol kənarında dayanıbmış. O, həyat yoldaşını paytaxta yola salmaq üçün maşın gözləyirmiş. Bu zaman A.İsmayılov “Ford Transit” markalı avtomobili arxaya doğru hərəkət etdirib. Nəticədə maşın R. İsrafilova dəyib. Yıxılaraq ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












