Vəzifəli şəxslərin 2,5 milyon dollarını ələ keçirən "birjaçı"nın məhkəməsi

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin üç milyon dollar pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alişanın cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Nizami Alişan qanunsuz birja fəaliyyəti ilə məşğul olub.
Sonra təqsirləndirilən şəxsin vəkili Samir İsayev cinayət işinin materialları ilə tanış olmadığından məhkəmə prosesinin təxirə salınmasını istəyib. Hakim məhkəmə prosesini 13 yanvar tarixinə kimi təxirə salıb.
Alişan Nizami Akif oğlu asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Alişanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur.
İttihama görə, Alişan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar təşkil edir.
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi











