“Vosmoy” bazarında yanğın: yolda sıxlıq yaranıb - FOTO - VİDEO - YENİLƏNİB

"Yanğın ərazidə olan kafedən başlayıb".
Avtosfer.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının əməliyyat növbətçisi polkovnik-leytenant İlqar Nəsibov Baku Tv-yə açıqlamasında deyib.
O bildirib ki, yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb və qısa müddət ərzində söndürülüb:
"Yanğın 14:25-də baş verib. Yanğın başlayandan 7 dəqiqə sonra FHN-in texnikaları və canlı qüvvəsi hadisə yerinə gəlib. Alov 150 kvadrat metr sahəni əhatə edib. Hadisə zamanı xəsarət alan olmayıb".
***
Bakıda ticarət mərkəzinin yaxınlığında başlayan yanğın söndürülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyektdə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda obyektdə yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə qüvvələri əraziyə cəlb olunublar:
"Yanğınsöndürənlərin cevik müdaxiləsi nəticəsində Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "8-ci kilometr bazarı"nın yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğının genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınaraq məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".
***
Bakının Nizami rayonunda yerləşən “Vosmoy” bazarında obyekt yanır. Avtosfer.az xəbər verir ki, ərazidəki dönərxanalardan birində başlayan yanğın qatı dumanla müşahidə olunur.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.
Vətəndaşlara ərazidən uzaqlaşmaq barədə göstəriş verilib.
Yanğının ətrafdakı obyektlərə keçib-keçmədiyi məlum deyil.
Daxili İşlər Nazirliyinin Neqliyyati İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.
(olke.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB















