Xırdalanda məktəblilərin həyatı təhlükədə - FOTOLAR - YENİLƏNİB

Hadisə 23 Sentyabr 2026 13:06
Xırdalanda məktəblilərin həyatı təhlükədə - FOTOLAR   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonu, Xırdalan şəhərində piyada zolaqlarından birinin yol nişanlanmasının silinməsi təhlükəli vəziyyət yaradır.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a müraciət daxil olub.

Sakinlər bildiriblər ki, Qalubiyyə küçəsində yerləşən piyada keçidindən hər gün məktəbə, bağçaya gedən uşaqlar və digər piyadalar istifadə edirlər. Lakin keçidin üzərindəki zolaq görünməz haldadır.

Sakinlər müraciətlərində diqqətə çatdırıblar ki, xüsusilə keçidin sağ tərəfindəki işarənin və yol üzərindəki nişanlanmanın mövcud vəziyyəti piyadaların həyatı baxımından narahatlıq doğurur.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

***

Xırdalan şəhərində məktəblilərin və digər piyadaların istifadə etdiyi keçidin yol nişanlanmasının silinməsi ilə bağlı məsələyə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) münasibət bildirilib.

Avtosfer.az-ın məlumatına görə, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, sözügedən ərazidə yaxın günlərdə yol nişanlanma xətlərinin yenilənməsi həyata keçiriləcək.

 

 

FOTO QALEREYA
Oxunub : 134
ŞƏRH YAZ
Ad

E-mail

Şərh