Xocalıya gizlincə at gətirməyə getmişdilər - Həbs edildilər

2023-cü ilin sentyabrında erməni separatçılarından təmizlənmiş Xocalı rayonuna gizlincə gedərək oradan at gətirən 3 nəfər həbs edilib. “Qafqazinfo”nun məlumatına görə, Goranboy rayonunda yaşayan Kəlbəcər sakinləri Elbəyi Zamanov, Şahlar Əhmədov və Rafail Məhərrəmovun icazə əsasında girişə icazə verildiyi Xocalı rayonunun inzibati ərazisinə gizli şəkildə keçdikləri müəyyən edilib. Onların Xocalıda olan 11 rəst sahibsiz atı eyni qaydada gizli şəkildə Goranboy istiqamətinə apardıqları məlum olub.
Xocalı RPŞ-nin keçirdiyi tədbirlərlə həmin şəxslər saxlanılıblar və barələrində inzibati protokol tərtib edilib.
Xocalı Rayon Məhkəməsinin 2 avqust tarixli qərarı ilə onların hər birinə 8 sutka inzibati həbs cəzası verilib. Bundan başqa, oxşar əmələ görə Loğman Əhmədov adlı şəxs də 150 manat cərimə edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












