10 günlük körpənin yanıq xəsarətləri almasının TƏFƏRRÜATI

Sumqayıtda 10 günlük körpənin yanıq xəsarətləri aldığı hadisənin təfərrüatı bəlli olub.
Avtosfer.az xəbər verir ki, Sumqayıtda yaşayan ailənin dörd azyaşlı qız övladı var. Maddi durumları yaxşı deyil.
5 yaşlı qız bacısını qucağına alıb oynatmaq istəyib. Elə bu zaman qızın digər əlində olan qaynar çay körpənin boyun nahiyəsindən tökülüb.
***
19.06.2024-cü il tarixində saat 21:22-də kürək nahiyəsində yanıq xəsarəti ilə 10 günlük körpə (qadın cinsli) təcili tibbi yardım vasitəsilə Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasına yerləşdirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, azyaşlıya təcili yardım şöbəsində zəruri ilkin tibbi yardım göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub:
"Ona başın təpə ənsəsinin, boynun arxası, sol kürək nahiyəsi və sol çiyin qurşağının II və III dərəcəli termiki yanığı diaqnozu təyin edilib.
Hazırda körpənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir".
***
Sumqayıtda 13 günlük uşağın üzərinə qaynar su tökülüb
Avtosfer.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 2024-cü il təvəllüdlü (13 günlük) Xanməmmədli Zeynəb Yaşar qızı ehtiyatsızlıqdan yaşadığı evdə üzərinə qaynar su tökülməsi nəticəsində termik yanıq xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
(oxu.az)
İtləri yaba ilə döyən şəxs: “Yaxşı edirəm” – VİDEO
“28 May”da binanın üzlüyü maşınların üstünə töküldü - VİDEO
Bakıda divar uçdu, avtomobillər əzildi - VİDEO
Nərimanovda “Opel” yandı - VİDEO
Ər 21 yaşlı həyat yoldaşını öldürdü - Kürdəmirdə - YENİLƏNİB - VİDEO
Qaçmağa çalışan sürücü yol polisini kapotda sürüdü - VİDEO
İran polisindən diplomatımızın ölümü ilə bağlı AÇIQLAMA - FOTO
İranda həlak olan baş konsulumuz kim idi? - DOSYE
Bakıda “Hyundai” yanıb - VİDEO
Prospektdə riskli anlar: Yeniyetmə skuterlə axına qarşı hərəkət etdi - VİDEO
Yolun ortasında təhlükə yaradan piyada hələ əli ilə… - VİDEO








