Nübar qəsəbəsinin sakinləri yolsuz qaldı - Vədinə əməl etməyən icra hakimiyyəti - VİDEO

Abşeron rayon Nübar qəsəbəsinə illərdir sakinlər yolsuzluqdan əziyyət çəkirlər. Avtosfer.az xəbər verir ki, bu barədə “Qaynarinfo”ya şikayət ünvanlayan sakinlər qəsəbədə yolların bərbad olması səbəbindən yayda toz-torpaqdan, qışda isə palçıqdan əziyyət çəkdilərini deyiblər. Onlar müvafiq qurumlara, xüsusən Abşeron Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etdiklərini, amma bugünədək qəsəbənin yolsuz qaldığını bildiriblər. Saytımıza ötən il də eyni şikayət daxil edildiyi üçün Abşeron Rayon İcra Hakimiyyətinə müraciət ünvanlamışdıq.
Cavab olaraq bildirilmişdi ki, küçələrin asfaltlanması mərhələli şəkildə həyata keçirilir. Bu zaman şəhidların adlarını daşıyan, o cümlədən şəhid ailələrinin yaşadığı küçələr prioritet götürülür:
"Məlumat üçün bildirək ki, bu il ərzində qəsəbədə həm Abşeron RİH-i, həm də Hökməli bələdiyyəsi tərəfindən 8 adda küçə asfaltlanıb. 15 küçəyə isə müxtəlif yol örtükləri tökülərək yayılmışdır. Sözügedən küçənin asfaltlanması da, qəsəbə bələdiyyəsinin Tədbirlər Planına daxil edilib və gələn il yəni (2026-cı il üçün) abadlaşdırılması nəzərdə tutulub".
Amma görünən odur ki, indiyədək qəsəbə yollarında heç bir iş görülməyib. Əksinə, olan-qalanlar daha da pis vəziyyətə düşüb.
Məsələ ilə bağlı bugün də Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlasaq da, hələlik məsələyə münasibət bildirilməyib.
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI












