Bakıda evin mətbəxi əşyaları ilə birlikdə kollektorun üzərinə düşdü - VİDEO

Həyətlər çöküb, ərazidə iri çuxurlar yaranıb. Hətta, evlərdən birinin mətbəxi əşyaları ilə birlikdə kollektora düşüb.
Avtosfer.az Xəzər Tv-yə istinadən xəbər verir ki, görüntülər Xətai rayonu, Tofiq Hacıbabayev 88 ünvanındandır. Sakinlər deyirlər ki, aramsız yağışlardan sonra küçə boyu müxtəlif evlərin həyətində çökmələr əmələ gəlib. Son günlərdə isə demək olar bütün həyətlərdə dərin quyular yaranıb.
Sakinlər iddia edirlər ki, evlər kollektorun üzərində tikilməyib. Əksinə, çökən kollektor sonradan çəkilib.
Onlar mövcud vəziyyətlə bağlı əlaqədar qurumlara da müraciət ediblər.
Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, kollektorun üzərində inşa edilmiş tikililərin yaratdığı yüklənmə nəticəsində şəbəkədə qəza baş verib. Su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti işlərinin aparılması qanunvericiliyə ziddir.
Məsələ ilə bağlı Bakı Sukanal İdarəsi tərəfindən əraziyə baxış keçirilib. Aidiyyəti üzrə işlərin görülməsi üçün müraciət olunub.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












