Yeniyetmə polis avtomobilini yandırdı, həbs olundu - FOTOLAR

İngiltərədə miqrantlara qarşı iğtişaşlar zamanı polis avtomobilini yandıran 11 yaşlı oğlan həbs edilib. Avtosfer.az xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki Hartlepul şəhərində baş verib.
Bu barədə Böyük Britaniyanın Polis Rəisləri Milli Şurasının sədri Qavin Stivens bildirib.
"Biz gənclərin və uşaqların bu iğtişaşlarda iştirak etdiyini görürük. Onları kütlənin instinkti cəlb edir.
Saxlanılanlardan ən kiçiyinin 11 yaşı var. Uşaqlar və yeniyetmələrlə iğtişaşlarda iştirakın yolverilməzliyi haqqında söhbətlərin aparılması vacibdir” – deyə, o “SkyNews” telekanlaın efirində söyləyib.
Qeyd edək ki, hazırda ölkə üzrə 150-yə yaxın şəxs ictimai asayişi pozmaqda ittiham olunub. Onların dörddə birindən çoxu 21 yaşdan aşağı şəxslərdir. 50 yaşdan yuxarı etirazçılar isə təqsirləndirilənlərin 8%-ni təşkil edir. Onlardan ən yaşlısı iğtişaşlarda iştirakına görə artıq 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş 69 yaşlı kişidir.
Namiq Musayev





Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












